"Salyan Plastik Kütlə Emalı" ASC
 Çərşənbə, 08.05.2024, 09:18
Saytın menyusu
Qaçan sətir

Sizin IP
Giriş


"Salyan Plastik Kütlə Emalı” ASC

BARƏDƏ


       Salyan Plastik Kütlə Emalı zavodu keçən əsrin 60-70-ci illərdə Ümummilli Liderimiz Heydər Əliyevin apardığı uzaq görən iqtisadi siyasətinin nəticəsində tikilib istifadəyə verilmiş Zaqafqaziya Reqionunda polietilen örtük , polietilen borular və plastik kütlə məmulatları istehsalı üzrə yeganə müəssisə olmuşdur ki , bunda da məqsəd keçmiş Sovetlər İttifaqının cənub regionlarının , yəni bütövlükdə Zaqafqaziyanın , Rusiya Fedarasiyasının cənub bölgələrinin və eləcə də Orta Asiya Respublikalarının kənd təsərrüfatı müəssisələrinin həmin məhsullara olan təlabatını ödəməkdən ibarət olmuşdur.

       "Salyan Plastik Kütlə Emalı” açıq səhmdar cəmiyyəti Azərbaycan Respublikasının 208-İQ saylı 29 yanvar 1996-cı il tarixli Qanuni ilə təsdiq edilmiş "Dövlət Müəssisəsinin Səhmdar Cəmiyyətə çevirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 29 yanvar 2002-ci il tarixdə " Salyan Plastik Kütlə Emalı " zavodu-nun səhmdar cəmiyyətə çevirilməsi nəticəsində yaradılmış , 06 mart 2002-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və ona D-3413 saylı Şəhadətnamə verilmişdir. Müəssisə 03 fevral 2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 0905020009441600 nömrəsi ilə təkrarən qeydiyyatdan keçib.

Azərbaycanın cənub-şərq bölgəsində yerləşən "Salyan Plastik Kütlə Emalı” ASC  94545 kv.m sahəsi olan əraziyə malikdir , beynəlxalq avtomobil və dəmir yolları müəssisəmizin yanından keçir ki, bu da idxal-ixrac əməliyyatları üçün çox əlverişli şərait yaradır.

         "Salyan Plastik Kütlə Emalı” ASC-nin istehsal infrastrukturu aşağdakılardır:

1.İllik istehsal gücü 14900 ton olan polietilen örtük məhsulları istehsalı sexi;

Ümumi sahəsi 2592 kvm olan bu sexdə qalınlığı 0.02 mm-dən 0.25 mm- qədər, eni isə 500 mm-dən 6000 mm-ə qədər müxtəlif ölçüdə polietilen örtük məhsulları istehsal olunur. Polietilen örtük məhsullarından kənd təsərrüfatı məhsulları yetişdirilməsində (bostan-tərəvəz məhsulları yetişdirilməsi üçün) istixanalar-parniklər salınması məqsədi ilə, sənayedə və məişətdə malların qablaşdırılması və s. məqsədlər üçün istifadə edilir. Bu məhsullara həm daxili həm də xarici bazarda təlabat vardır.

2. İllik istehsal gücü 5000 ton olan polietilen boru məhsulları istehsalı sexi;

Ümumi sahəsi 2592 kvm olan bu sexdə diametri 16 mm-dən 630 mm-ə qədər təzyiqə davamlı (2,0 MPa) polietilen borular (SDR 26—SDR 9) istehsal olunur. Aşağı təzyiqli polietilendən (HDPE) istehsal olunan təzyiqə davamlı polietilen borulardan su nəqli üçün, o cümlədən təsərrüfat-içməli su, maye və qazın ötürülməsində geniş istifadə olunur, kimyəvi və atmasfer təsirlərinə davamlı olmaqla isitismar müddəti 70-100 ildir. Bu məhsullara daxili və xarici bazarlarda təlabat vardır.

3.İllik istehsal gücü 800 ton olan plastik kütlə məmulatları istehsalı sexi;

Ümumi sahəsi 1296 kvm olan bu sexdə məişətdə çox işlənən mallar (vedrələr,tazlar,ləyənlər,balon və banka qapaqları və s.) və müxtəlif plastik kütlə məmulatları istehsal olunur ki, həmin məhsullarada daxili bazarda böyük təlabat vardır.

4. İllik istehsal gücü 600 ton olan polietilen paket məhsulları istehsalı sexi;

Ümumi sahəsi 1296 kvm olan bu sexdə müxtəlif ölçüdə çox çeşidli polietilen paketlər,kisələr,sumkalar və s. istehsal olunur ki, bu məhsullarada həm daxili bazarda  həm də ki xarici bazarda böyük təlabat vardır.

5.İllik istehsal gücü 2400 ton olan bərk PVC profil məhsulları istehsalı sexi;

Ümumi sahəsi 1296 kvm olan bu sexdə qapı-pəncərə hazırlamaq üçün bərk PVC profil məhsulları istehsal olunur ki, bunlarada tikinti materialı kimi respublika daxilində və eləcədə xaricdə böyük təlabat vardır.

Təqvim
...
Onlaynda olanlar
Onlayında cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
                                               www.salyanplastmas.ucoz.com