"Salyan Plastik Kütlə Emalı" ASC
 Bazar ertəsi, 20.05.2024, 06:21
Saytın menyusu
Qaçan sətir

Sizin IP
Giriş
Ana səhifə » Mövzular » Mövzular

“Salyan Plastik Kütlə Emalı” ASC - nin köməkçi sahələri.



 
          Əsas istehsal sexlərindən başqa müəssisədə köməkçi sahələrdə fəaliyyət göstərir ki, onlarda aşağdakılardır:
        1. Mexaniki təmir sexi; Ümumi sahəsi 2592 kvm olan Mexaniki təmir sexindəki işlər əsasən istehsal sexlərinin fasiləsiz, ahəngdar, davamiyyətli işləmələrinin təmin olunmasına yönəldilmişdir. Burada bütün təmir işləri o cümlədən texnoloji avadanlıqların hissələrinin təmirindən tutmuş xırda ehtiyyat hissələrinin hazırlanması da həyata keçirilir.
      2. Elektrik təmir sexi; Ümumi sahəsi 1000 kvm olan Elektrik təmir sexindədə işlər Mexaniki təmir sexindəki işlər kimi əsas istehsal sexlərinin fasiləsiz, ahəngdar işləməsinin təmin edlməsinə yönəldilmişdir. Buradada əsas istehsal sexlərinin texnoloji avadanlıqlarının fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, eyni zamanda texnoloji avadanlıqların elektrik hissələrinin təmir işləri həyata keçirilir.
       3. Mərkəzi laboratoriya, nəzarət ölçü cihazları və avtomatika sahəsi; Ümumi sahəsi 600 kvm olan bu sahədə xammal-materialların laborator analiz, hazır məhsulların Dövlət satandartı tələblərinə uyğun olmaları məqsədi ilə laborator analizləri həyata keçirilir. Nəzarət ölçü cihazları və avtomatika sahəsində əsas istehsal sexlərinin texnoloji avadanlıqlarının nəzarət ölçü cihazları yoxlamadan keçirilirək onların dəqiq işləmələri təmin olunur.
       4. Xammal və material anbarı; Ümumi sahəsi 6000 kvm olan xammal və materiallar anbarında müəssisəyə gətirilən istehsala tələb olunan xammal-materiallar saxlanılır. 
       5. Hazır məhsul anbarı; Ümumi sahəsi 8000 kvm olan hazır məhsullar anbarında müəssisədə istehsal olunan məhsulları "ALICIYA” göndərilənə qədər saxlanılır. Buradan hazır məhsullar vaqonlara və avtomaşınlara yüklənərək "ALICILARA” göndərilir. Bundan başqa müəssisənin tam elektrik təminatı üçün elektrik yarımstansiyası, su və hava təminatı sistemi, daxili dəmir yolları xətləri və sair kominikasiyalar movcuddur və müəssisənin xidmətindədir.
      Hazırda müəssisədə 112 nəfərə yaxın işçi çalışırki onlarında əksəriyyəti yüksək ixtisaslı mütəxəssis və kadrlardır.
Bölmə: Mövzular | Əlavə etdi: Admin (21.07.2011)
Baxışlar: 563 | Reytinq: 0.0/0
Şərhlərin cəmi: 0
Şərhləri yalnız qeydiyyatdan keçmiş istifadəçilər əlavə edə bilər
[ Qeydiyyat | Giriş ]
Təqvim
...
Onlaynda olanlar
Onlayında cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
                                               www.salyanplastmas.ucoz.com