"Salyan Plastik Kütlə Emalı" ASC
 Çərşənbə, 08.05.2024, 10:37
Saytın menyusu
Qaçan sətir

Sizin IP
Giriş
Ana səhifə » Mövzular » Mövzular

“Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
 
 
 
 
        Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının bir qrupuna sosial-ictimai həyatında göstərdikləri xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 04.02.2013-ci il tarixli, 2695 saylı sərəncamı verilmişdir.
        Verilən sərəncamda "Salyan Plastik Kütlə Emalı” ASC-i Həmkarlar İttifaqı Komitəsinin sədri Adil Abasovda vardır.
        Bu barədə keçirilən yığıncaqda "Salyan Plastik Kütlə Emalı” ASC-nin rəhbərliyi və kollektivi A. Abasovu təbrik etmiş və eyni zamanda diqqətinə görə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə və AHİK-nin sədri, cənab S. Mehbalıyevə dərin minnətdarlıqlarını bildirməklə, onlara dövlətin mənafeyi naminə yeni yaradıcılıq işlərində uğurlar arzulamışlar.
        Qeyd etmək lazımdır ki, A. Abasov ayrı-ayrı vaxtlarda da aşağıda qeyd edilən müxtəlif Fəxri Fərmanlar və medallara layiq görülmüşdür:
 
        1. 31.08.1987-ci ildə Azərbaycan SSR-nın Ali Sovetinin qərarına uyğun olaraq "uzun müddətli vicdanlı əməyinə görə - "Əmək vetiranı” medalı verilmişdir.
        2. Ümumittifaq Kimya və Neftkimya Sənayesi İşçiləri. Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin " Fəxri Fərmanı” pr. № 18, 17.05.1988-ci il tarixli qərar.
        3. Ümumittifaq Kimya və Neftkimaya Sənayesi işçiləri Həmkarlar İttifaqı MK-nin "Fəxri Fərmanı”, pr 29, 18.04.1989-cı il tarixli qərar. Yüksək əmək göstəricilərinə görə və HT-da çox illik əmək fəaliyyətinə və Kimya Sənayesi işçiləri günü münasibətİlə.
        4. Azərbaycan Həmkarlar İttifaqı Şurasının 23.05.1991-ci il tarixli 21 saylı qərarına əsasən HT-kı fəaliyyəti və Kimya Sənayesi işçiləri günü münasibətilə - "Fəxri fərman”
        5. Azərbaycan Kimya Sənayesi işçiləri. Azad Həmkarlar İttifaqı RK-nin Rəyasət heyyəti tərəfindən 02.03.1994-ci il tarixli 39 saylı qərarına əsasən HT-kı fəaliyyətinə və ad günü , 50 illik yubileyi münasibətilə - "Fəxri fərman”.
        6. Azərbaycan Sahibkarlıq, Elm və Elm İstehsalat Müəssisələri işçiləri Müstəqil Hİ RK-nin 03.07.2012-ci il tarixli 20 saylı qərarına əsasən HT-da fəal iştirakına görə - "Fəxri fərman”.
 
 
        Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəsmi saytında 04.02.2013-ci il tarixli, 2695 saylı sərəncamla daha ətraflı tanış ola bilərsiniz. Sayta istinad: http://www.president.az/articles/7181
Bölmə: Mövzular | Əlavə etdi: Admin (17.04.2013)
Baxışlar: 622 | Reytinq: 0.0/0
Şərhlərin cəmi: 0
Şərhləri yalnız qeydiyyatdan keçmiş istifadəçilər əlavə edə bilər
[ Qeydiyyat | Giriş ]
Təqvim
...
Onlaynda olanlar
Onlayında cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
                                               www.salyanplastmas.ucoz.com